Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçür fantastik təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, Salaha təklif edilən məvacib Kristiano Ronaldo və Kərim Benzemanın aldığı məbləğ civarındadır. Qeyd edək ki, misirli hücumçu Məhəmməd Salahın “Liverpul”la 2025-ci ilə qədər müqaviləsi var və o, açıq şəkildə müqaviləni davam etdirmək istədiyini bildirib.
Xəbərdə qeyd edilir ki, “Əl-İttihad” bu ilin dekabrında Səudiyyə Ərəbistanında keçiriləcək 2023 FIFA Klublararası Dünya Çempionatı ərəfəsində daha vacib imzalar atmağa çalışır. Klubun digər hədəfinin Serxio Ramos olduğu barədə xəbərlər var.