Azərbaycanda 72 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 19-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

Bu barədə Metuat.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraclara ümumilikdə 72 dövlət əmlakı çıxarılacaq.

Belə ki, sentyabrın 12-də baş tutacaq hərracda 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil təqdim ediləcək. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.

Sentyabrın 26-da keçiriləcək hərracda isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı