Zamiq Hüseynov şəhid övladları üçün oxudu - VİDEO

“Fire Land Group”un təşkilatçılığı ilə müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu “Mənim atam qəhrəmandır” nəğməsinə çəkilən klipin təqdimat mərasimi keçirilib.

Metbuat.az bildirir ki, şəhid ailələri və rəsmi qonaqlar üçün təşkil olunmuş ziyafətdə musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına aid, rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi “Mənim atam qəhrəmandır” klipi nümayiş olunub. 1 ay ərzində ərsəyə gələn ekran işinin iştirakçıları və mahnının ifaçıları əslində həm də həyatlarının baş rolunu oynayan, Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır.

Bəstə müğənni Zamiq Hüseynovla şəhid övladları ilə birgə oxunaraq lentə alınıb. Tədbirə şəhid əmanətləri ilə yanaşı, ictimai şəxslər, millət vəkilləri, müxtəlif nazirliklərin məsul şəxsləri karifey sənətçilər, media nümayəndələri də qatılıb.

Qonaqlar arasında şərəf ordenli Akif İslamzadə, yazıçı Anar, Ramiz Rövşən, xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, əməkdar artist Gülüstan Əliyeva, sənətçilər Elnur Hüseynov, Mirələm Mirələmov, Çinarə Məlikzadə, gecənin əsas səbəbkarlarından olan Zamiq Hüseynov və başqaları yer alıb.

Onu da xatırladaq ki, vətən müharibəsində qazanılan zəfərdən keçən 3 il ərzində “Fire Land Group”un təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” adı altında 30-a yaxın tədbir həyata keçirilib, 2000-dən çox şəhid ailəsi bu tədbirlərdə qarşılanıb, onlara təsəlli və qürur yaşatmağa çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı