“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb.

Metbuat.az xəbər verir ki, görüşlər 15-17 sentyabr tarixlərini əhatə edəcək.

Açılış matçı sentyabrın 15-də mövsümə uğurlu başlayan “Zirə” ilə “Sumqayıt” arasında olacaq.

Tura sentyabrın 17-də “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq.

Premyer Liqa
VI tur
15 sentyabr (cümə)
17:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

16 sentyabr (şənbə)
16:00. “Kəpəz” – “Səbail”

Gəncə şəhər stadionu
18:00. “Araz-Naxçıvan” – “Neftçi”
“Dalğa Arena”

17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah”
“Azərsun Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR