Alba millidəki karyerasını bitirdi

“İnter Mayami” klubunun futbolçusu Jordi Alba milli komandadakı karyerasını bitirib.

Metbuat.az xəbər verir ki, bu barədə Albaya yaxın mənbələr mediaya açıqlama verib. Məlumata görə, Jordi Albanın millidəki karyerasını bitirməsinə onun ABŞ-a transfer olması səbəb olub. Bildirilir ki, "Barselona"nın keçmiş sol cinah müdafiəçisi karyerası ilə bağlı qərarını İspaniya Futbol Federasiyasına çatdırıb.

Qeyd edək ki, Alba İspaniya yığmasında ümumilikdə 93 dəfə meydana çıxıb və 10 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR