Mask "Twitter"ə möhtəşəm yenilik gətirir

“X” (keçmiş tviter) sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.

Metbuat.az xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask özünün “X” hesabında bildirib. Onun sözlərinə görə, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və “PC” (personal kompüter) üçün mümkün olacaq.

Bununla belə, iş adamı yeni, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağını açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR