Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR