Lukaku bu kluba transfer oldu

"Çelsi"nin futbolçusu Romelu Lukaku "Roma"ya transfer olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Çelsi” və “Roma” klubları açıqlama verib. "Çelsi" 2021-ci ildə kluba qoşulan futbolçunun Joze Mourinyo ilə çalışacağını açıqlayıb.

Məlumata görə, Romelu Lukaku Romada 90 nömrəli formanı geyinəcək. Bildirilir ki, müqavilədə futbolçunun təkcə icarəsi qeyd edilib, alış bəndi yoxdur.

Transferdən sonra Romelu Lukaku "Roma azarkeşləri mənim üçün inanılmaz idi. Başlamaq üçün səbirsizlənirəm. Buradakı sahiblərin böyük ambisiyaları var"- deyə bildirib.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "İnter"də keçirən belçikalı futbolçu 37 oyunda 14 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR