Sentyabrda bu bürclərin bəxti gətirməyəcək

Sentyabr ayını olduqca çətin keçirəcək bürclər məlum olub.

Metbuat.az xəbər verir ki, bu bürclər həm maddi, həm şəxsi münasibətlərdə diqqətli olmalıdırlar.

Siyahıya Əkizlər bürcü liderlik edir. Yaxşı olardı ki, ailə və uşaqlara yönəldiyiniz xərcləri balanslaşdırasınız. Subay əkizlər sevgi münasibətlərində ehtiyatlı olun. Dostlarınızın sizdən gizlətdiyi çox şeyi aşkar edəcəksiniz. Xüsusilə 15, 17, 22, 25, 26 və 29 sentyabrda diqqətli olmalısınız. Təbii ki, bu tarixlər fərdi xəritələrdə fərqli ola bilər.

Oxatanlar bu ay ailədə bəzi məyus vəziyyətlərə düşəcəklər. Çalışın, buna əhəmiyyət verməyəsiniz. Riskli sərmayələr, tanışlıq və uşaqlarla bağlı bəzi böhran vəziyyətləri ilə qarşılaşa və zərər çəkə bilərsiniz. Gözlədiyiniz məhkəmə işləri varsa, neqativ cavablar sizi xoşbəxt etməyəcək. İnternetdən alış-verişlər üçün uğurlu ay deyil. Siz xüsusilə 5,17,23,25,26 və 29 sentyabrda diqqətli olmalısınız.

Əziz Balıqlar, sentyabrda bir çox sahələrdə şans sizdən uzaq olacaq. Əgər həyat yoldaşınız, gəliriniz, vergi, miras və ya aliment probleminiz varsa, bunlara görə zərər çəkə bilərsiniz. İşinizdə və ya gündəlik həyatınızda çox dəyər verdiyiniz bəzi dostlarınız və ya qohumlarınızla münasibətlərdə ani fasilələr yaşaya bilərsiniz. Astroloqlar sizi 12,17,21,24,25,29 sentyabr tarixlərində daha diqqətli olmaq barədə xəbərdar ediblər.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı