Türkiyədə meşə yanğını - 3 hektar ərazi kül oldu

Türkiyənin Muğla vilayətində meşə sahəsində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, regional Meşə Region Müdirliyinin məlumatına görə, ərazi naməlum səbəbdən alovlanaraq küləyin təsiri ilə daha da böyüyüb. Baş vermiş hadisə ilə əlaqədar əraziyə xilasetmə qrupları, təyyarə və helikopterlər cəlb olunub. Hadisə nəticəsində üç hektar ərazi yanaraq məhv olub.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Çanaqqala, Bilecik və İstanbulda da meşə yanğınları baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR