Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.
Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.