"Yenidən gözlənilir" - Qurban Yetirmişli zəlzələ ehtimalından DANIŞDI

Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır.

Metbuat.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır:

“Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur.

Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR