Soçi görüşündən sonra Ərdoğan və Putin yenə görüşə bilər - KİV

Sentyabrın 19-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi vaxt Türkiyə və Rusiya prezidentləri yeni görüş keçirə bilərlər.

Metbuat.az xəbər verir ki, bunu "Hürriyet" yazıb.

Nəşr yazıb ki, sentyabrın 4-də Putinlə Soçidə keçirdiyi mətbuat konfransında Ərdoğan deyib ki, Ankara BMT ilə birlikdə taxıl sazişini bərpa etmək məqsədi ilə yeni təşəbbüslər toplusu hazırlayıb və buna müsbət baxılacağına ümid edir.

Rusiya Federasiyasının prezidenti isə öz növbəsində bildirib ki, Moskva İstanbul müqavilələri çərçivəsində ona verilən vədlərin yerinə yetirildiyi tarixdə bir neçə gün ərzində taxıl müqaviləsinə qayıtmağa hazırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı