Bakıda eyni kəsişmədə ikinci qəza: Bu dəfə 7 avtomobil - FOTO

Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "BMW F10" markalı avtomobil "Mercedes 190" markalı avtomobillə toqquşub.

Qəza zamanı idarəetməni itirən avtomobillər yaxınlıqdakı digər avtomobillərə də ciddi ziyan vurub. Belə ki, əlavə 5 maşın - "Mitsubishi Pajero", "Kia Optima", "Hyundai Santafe", "Mercedes C-class" və "Mercedes E-Class" da qəza səbəbindən zədələnib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Xatırladaq ki, dünən də eyni kəsişmədə 5 avtomobilin iştirakı ilə qəza baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR