Siyəzəndəki ağır qəzada ana da öldü

Xəbər verdiyimiz kimi, ötən həftə Siyəzəndə ata və 4 yaşlı oğlunun ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, qəza zamanı hadisə yerində həlak olan 37 yaşlı Samit Əliyevin anası Kifayət Əmirova da bu gün xəstəxanada ölüb.

Bununla da qəza zamanı ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR