Türkiyə millisi Ermənistana qarşı

Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matçlardan biri Türkiyədə olacaq. Qardaş ölkənin millisi D qrupunda Ermənistanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Türkiyə 9 xalla qrup lideri, Ermənistan yığması isə 6 xalla 2-cidir.

Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonşu Gürcüstan millisi isə evdə İspaniya yığmasını qəbul edəcək. A qrupununu bu oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

Qeyd edək ki, Azərbaycan millisi sabah Bakıda Belçika yığması ilə üz-üzə gələcək.

8 sentyabr

Avro-2024

Seçmə mərhələ, 5-ci tur

A qrupu

20:00 Gürcüstan - İspaniya
22:45 Kipr - Şotlandiya


D qrupu

22:45 Türkiyə - Ermənistan
22:45 Xorvatiya - Latviya


J qrupu

22:45 Slovakiya - Portuqaliya
22:45 Bosniya və Herseqovina - Lixtenşteyn
22:45 Lüksemburq - İslandiya


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR