Ərdoğan Hindistana gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün Hindistana gedib.

Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfərdə dövlət başçısını xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Prezidentin müşaviri Akif Çağatay Kılıç müşayiət edir.

Ərdoğan sammit çərçivəsində G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı