Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Xankəndiyə daxil ola bilməyib.
Metbuat.az xəbər verir ki, artıq üç gündür ki, yük maşını Bərdə şəhərində gözləyir.
Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd nəqliyyat vasitəsinə (TIR) yüklənərək göndərilib.