Baydenin sürücüsü nəzarətə götürüldü

ABŞ Prezidenti Co Baydenin karvanındakı avtomobilin sürücüsü Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın qaldığı otelə girdiyi üçün saxlanılıb.

Metbuat.az xəbər verir ki, o protokol qaydalarını pozduğu üçün nəzarətə götürülüb. Bildirilir ki, hadisə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Sammiti çərçivəsində baş verib. Sürücü Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın qaldığı “Tac” otelinə girib. Sürücü bildirib ki, iş adamlarından biri onu bu otelə endirməsini xahiş etdib. Sürücü mühafizəçilər tərəfindən saxlandığı zaman iş adamının avtomobildə olduğunu deyib.

Təhlükəsizlik protokollarından xəbərsiz olduğunu iddia edən sürücü dindirildikdən sonra sərbəst buraxılsa da, Baydenin karvanına qaytarılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı