İranda edamların sayı artıb - Bir ildə 697 nəfər

İran hakimiyyəti son bir ildə 697 nəfəri edam edib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Hüquq Müdafiə Təşkilatının hesabatında bildirilib.

Qeyd edilib ki, 2022-ci il sentyabrın 1-dən indiyə qədər 697 nəfər edam olunub: “Bu da əvvəlki illə müqayisədə 36 faiz çoxdur”.

Hesabatda qeyd edilib ki, 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarında iştirak etmiş 7 nəfər edam olunub, daha 10 etirazçı barəsində bu hökm çıxarılıb: “82 nəfər haqqında isə ölüm hökmünün çıxarılacağı gözlənilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı