​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi

“Whatsapp” kanallar funksiyasını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq açıqlama verib. O bildirib ki, kanallarda xəbərlər və yeniliklər paylaşılacaq.

“Whatsapp” kanalları xüsusiyyəti nədir və onu necə aktivləşdirmək olar? “Whatsapp” kanalları ödənişlidir?

Məlumata görə, “WhatsApp kanallar”ı funksiyası Azərbaycan da daxil olmaqla150-dən çox ölkədə istifadəyə verilib. Məlumata görə, kanallar söhbətlərdən ayrıdır. Digər izləyicilər kimləri izlədiyinizi görə bilməz. Bundan əlavə, həm idarəçilərin, həm də izləyicilərin şəxsi məlumatları qorunur. İzlənəcək kanallar ölkəyə görə avtomatik olaraq filtirlənib. Həmçinin burada istədiyiniz məşhur kanalları da izləyə bilərsiniz.Yeni funksiya "Status" bölməsinin altındakı "Kanal" bölməsində açılır. Seçim üzərinə klikləməklə kanalın açılması prosesi həyata keçirilir. Funksiyanın pulsuz olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR