Kadırovun ölüm xəbəri yayıldı

Çeçenistan lideri Ramzan Kadırovun Moskvada vəfat etdiyi iddia olunub.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə çeçen əsilli müxalifət fəalı Abubakar Yanqulbayev Teleqramda məlumat paylaşıb.

“Kreml və Vnukovo hava limanından bir-birinin ardınca iki helikopter havaya qaldırıldı”, - deyə o bildirib.

Eyni zamanda Moskva Mərkəzi Xəstəxanasının qarşısında qəribə vəziyyətin hökm sürdüyü deyilib.

Oraya Kadırovun dostlarının bahalı avtomobillərlə gəldiyi barədə məlumatlar yayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı