Bakıda yol polisi ölümdən döndü - VİDEO

Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.

Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir.

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR