Xəzərdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Senytabrın 18-i saat 15:00-a olan məlumatına əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Naxçıvan MR-da 25 dərəcəyədək isti, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı