A Seriyasında "Roma"ya 7:0 hesabı ilə uduzan "Empoli"nin baş məşqçisi Paolo Zanetti qovulub.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, baş məşqçi Zanetti ilə yanaşı onun köməkçiləri Alberto Bertolini, Nikola Beati və Fabio Trenti ilə də müqavilə ləğv edilib. "Ötən mövsüm bizi xilasa aparan səyahətin qəhrəmanı Zanettiyə səmimi təşəkkürümüzü bildiririk. Empoli Futbol Klubu məşqçiyə və həmkarlarına idman və peşəkar gələcəklərində uğurlar arzulayır” – klubun açıqlamasında qeyd edilir.
Qeyd edək ki, “Empoli” bu mövsüm bir xal da toplaya bilməyib.