"Mançester Yunayted"in keçmiş məşqçisi Ole Qunnar Solskjaer Kriştiano Ronaldonun transferi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, Solskjaer "Mançester Yunayted"i çalışdırdığı vaxtla bağlı "Athletic"ə açıqlamasında bildirib ki, Ronaldonun klubdan getməsinə mane olmaq çətin qərar idi.
"Rədd etmək çətin qərar idi və mən bu qərarı verməli olduğumuzu hiss etdim. Amma işlər yaxşı getmədi. O, imza atanda və “Nyukasl Yunayted”ə vurduğu 2 qoldan sonra, haqlı olduğumuzu hiss etdim. O, hələ də dünyanın ən yaxşı hücumçularından biri idi və güclü görünürdü”.
Qeyd edək ki, "Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz, Erik ten Haqla yaşadığı problemlərdən sonra 2022-ci ilin noyabrında müqaviləsini ləğv edib.