"Qalatasaray" "Qarabağ"ın futbolçusunu istəyir

"Qalatasaray" "Qarabağ"ın yeniyetmə qapıçısı Bilal Hacıyevə "elçi düşüb".

Metbuat.az "Sportinfo.az"a istinadən xəbər verir ki, İstanbul nəhənginin təmsilçiləri 15 yaşlı kiperlə bağlı Azərbaycandan olan həmkarları ilə əlaqə saxlayıb.

"Sarı-qırmızılar" Hacıyevi öz akademiyalarına qəbul etmək və uzunmüddətli müqavilə bağlamaq istədiklərini bildiriblər.

«Cim-bom" onu “Kartepe Cup” turnirində bəyənib. Kocaelidə keçirilən yarışan Ağdam komandası (U-15) finalda “Hisareyn Spor Green” ilə qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Rakif Əliyevin kollektivi qalib olub.

Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nueiyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev isə təmsilçimizi penaltidən xilas edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı