“İnter Mayami”nin futbolçusu Lionel Messi ilk dəfə futbolçu karyerasını yekunlaşdırandan sonra hansı peşə ilə məşğul olacağını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Messi yutub kanallarından birinə verdiyi müsahibədə səmimi sözlər deyib:
“Futboldan ayrıldıqdan sonra idman direktoru olmaq istəyirəm, amma haradan başlayacağımı bilmirəm. Futbolla bağlı hər şeyi sevirəm. Uşaqlara da bir şey öyrətməyi sevirəm”.
Messi öz şəxsi həyatından da danışıb:
"Düşünürəm ki, mən yaxşı atayam. Gəncliyimdə mənə öyrədilən dəyərləri övladlarıma ötürmək istəyirəm. Klubum Barselonada mənə öyrədilənlərə əməl etməyə çalışıram. Barçanın dəyərləri çox vacibdir”.