"Real"a Arda Güler müjdəsi

"Real Madrid"in futbolçusu Arda Gülər zədəsini tam sağaldıb.

Metbuat.az xəbər verir ki, 18 yaşlı Arda Gülər “Real”ın bugünkü məşqinə qatılıb. Futbolçular əvvəlcə idman zalında məşq edib, daha sonra meydanda topa sahiblik tapşırıqları yerinə yetiriblər. Bildirilib ki, Arda Gülərlə birlikdə Vinisius da məşqin bir hissəsində komanda ilə birlikdə çalışıb.

“AS” qəzetininin xəbərinə görə, evdə keçiriləcək “Las Palmas” matçı üçün Arda Gülər heyətdə yer alacaq. Matçın gedişatına görə Arda Gülərin “Real Madrid” forması ilə ilk dəfə “Las Palmas” matçında oynayacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR