Bayden Zelenskini məyus göndərdi

Xarici KİV-lər ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezident Vladimr Zelenski arasında keçirilən görüşün detallarından yazıb.

Metbuat.az xəbər verir ki, aldığı yardım öhdəliklərinə baxmayaraq, Zelenski gözlədiyindən qat-qat az sursat dəstəyi vədi ilə göndərilib. ABŞ-ın Ukraynaya yeni 325 milyon dollarlıq hərbi yardımını açıqlayan Bayden, paketə daha çox döyüş sursatı və avadanlığın daxil olduğunu bildirib. Bayden Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə diqqət ayırdıqlarını və bu çərçivədə əlavə avadanlıq təmin edəcəklərini bildirib. Zelenski ABŞ-a göstərdiyi köməyə görə təşəkkür edib və məhsuldar görüş keçirdiklərini bildirib.

“Dailymail”də yer alan xəbərə görə, Zelenski ABŞ səfərindən planlaşdırılandan və gözləniləndən az dəstəklə qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı