Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 44,3 %-i Türkiyəyə, 21,3 %-i Rusiyaya, 9,1 %-i Gürcüstana, 7,4 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65,1 %-ni kişilər, 34,9 %-ni qadınlar təşkil edib.

Son 1 ildə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6 %, Türkiyəyə gedənlərin sayı 13,7 % artıb, İrana gedənlərin sayı 20 % azalıb.

8 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 28,8 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı