Tütün məhsullarına çəkilən xərc artıb

Azərbaycan bu ilin yanvar-avqust ayları ərzində 74,4 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 milyon dollar çoxalıb.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR