Paşinyanı bu yolla devirə bilərlər - Siyasi şərhçidən AÇIQLAMA

Ermənistanda hakimiyyətə qarşı kütləvi aksiyalar davam edir. Aksiyaçılar Paşinyan hakimiyyətinə qarşı etiraz edirlər. Dünən isə baş verən hadisələr fonunda Ermənistana çevriliş cəhdi planlayan şəxslər saxlanılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirib ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Azərbaycanın Qarabağda 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçılar Ermənistan hakimiyyətini onlara dəstək verməməkdə günahlandırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə separatçıların təslim olmaq haqqında imzaladıqları bəyanatdan Ermənistan hökumətinin xəbərsiz olduğunu bildirib. Bu da aksiyaçıların qəzəbinə səbəb olub.

Paşinyan İrəvanda baş verən aksiayalara baxmayaraq hakimiyyətdən getməyəcəyini bildirib. Hazırda İrəvanda baş verən itaətsizlik aksiyaları nə ilə nəticələnəcənək? Paşinyan devrilə bilərmi?

Metbuat.az-a danışan siyasi şərhçi Zərdüş Əlizadə düşünür ki, müxalifət Ermənistanda Paşinyana devirə bilməyəcək:

"Müxalifət mitinq və kütləvi təzyiqlərlə Paşinyanı devirə bilməyəcək. Onların cəmiyyət arasında kifayət qədər geniş dəstəyi yoxdur. Həmin müxalifət hakmiyyətdə olduğu müddətdə Ermənistanı soyub talayıb. Ona görə də bu qüvvələr xalqı öz arxalarınca apara bilmirlər".

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanı çevirmək üçün 2 yol var - ya hərbi çevriliş, ya da terror:

"Paşinyanı hakmiyyətdən salmaq üçün ya çevriliş, ya da terror aktı olmalıdır. Buna isə ermənilərin cəsarət edib-etməyəcəyi sual altındadır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı