Xankəndi yaxınlığındakı partlayışda ölən və yaralananların sayı açıqlandı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.

Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı