Daha bir polis faciəvi şəkildə vəfat etdi

Paytaxtın Xəzər rayonu Qala qəsəbəsində polis nəfəri xidmət vaxtı həlak olub.

Metbuat.az Apa-ya istinadən bildirir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, sentyabrın 26-da saat 22:30 radələrində Qala-Mərdəkan yolunda “Mercedes” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1983-cü təvəllüdlü Məlikov Eyvaz İslam oğlu yol-nəqliyyat hadisəsi keçirib.

O, hadisə nəticəsində həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, daha öncə Gədəbəydə 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasında vəfat etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR