Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib.

Metbuat.az İqtisadiyyat.az-a istiadən xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:

Deputat xatırladıb ki, Milli Məclisin Daxili Nizamnaməsi və Milli Məclisin komitələri haqqında qanuna görə, parlamentin müvafiq komitəsinin sədri olmadıqda onun səlahiyyətlərini komitə sədrinin müavini icra edir.

"Yəni komitə sədri seçilməyənə kimi komitə sədrinin müavini kimi iclaslara mən rəhbərlik edəcəyəm. Komitə sədri seçiləndən sonra proses əvvəlki qaydada davam edəcək", - F.Mustafa əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı