Neymarın evi görənləri heyran etdi - FOTO

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunda çıxış edən məşhur futbolçu Neymar Braziliyadakı dəbdəbəli evi ilə gündəm olub.

Metbuat.az xəbər verir ki, helikopterdən lentə alınan görüntülərdə Neymar Rio-de-Janeyrodakı malikanəsini izləyiciləri ilə paylaşıb. Böyük ərazidə yerləşən dəbdəbəli evdə tennis kortu, kartinq yolları və müxtəlif idman növləri üçün çoxlu meydançalar var. Məşhur futbolçunun evində körpü və helikopter meydançası ilə yanaşı idman zalı, sauna, masaj otağı, spa və cakuzi kimi bir çox yer var.

Neymarın evi həm də Rio-de-Janeyro sakinlərinin məşhur məkanı olan 365 adadan ibarət Angra Dos Reisdən qısa məsafədə yerləşir.

Neymar evi 3

Neymar evi 5

eviiii 111



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR