Krallıq ordusunda qalmaqal - Komandirin təcavüz etdiyi əsgər ölü tapıldı

Böyük Britaniyada 19 yaşlı qadın əsgər Larkhill düşərgəsində cinsi təcavüzə məruz qaldıqdan sonra intihar edib.

Metbuat.az xəbər verir ki, komandirinin təqibi nəticəsində intihar edən əsgərin qaldığı kazarmada digər qadın əsgərlər tərəfindən də təzyiqə məruz qaldığı məlum olub. Bildirilir ki, 19 yaşlı Jaylsey Beck adlı qadın əsgər 2021-ci ildə Larkhill düşərgəsində ölü tapılıb. Araşdırma zamanı gənc əsgərin komandiri tərəfindən cinsi təcavüzə məruz qalaraq həyatına son qoyduğu müəyyən edilib.1 9 yaşlı əsgərin ölümü ilə bağlı hazırlanan hesabatda komandirin ona 3500-dən çox mesaj göndərdiyi öyrənilib.

Komandir onunla yaxınlıq etmək istədiyini yazıb. Bildirilib ki, gənc qadın komandirinin təklifini rədd edib və təzyiqlərə tab gətirə bilməyib intihar edib.

Amirinin cinsel tacizine uğrayan 19 yaşındaki kadın asker intihar etti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı