"İran açıq şəkildə etiraf edir ki, İsrailə təhdid formalaşdırır" - Politoloq

ABŞ-ın “Wall Street Journal”ı İranın HƏMAS-a İsrailə hücumu planlaşdırmaqda kömək etdiyini iddia edib. Bildirilir ki, hücumun planlaşdırılması Beyrutda həyata keçirilib və toplantıda İranın ordu rəsmiləri də iştirak edib.

Məsələni şərh edən politoloq Samir Hümbətov bildirdi ki, bu münaqişədə Tehranın əlinin olması, İran və dövlət rəsmiləri tərəfindən verilən açıqlamalarda hiss edilmişdi.

“Bildirim ki, HƏMAS çox geniş şəkildə İsrailin içərisinə doğru irəliləyib. Əsirlərin tunellərdə saxlanılması da İsrail üçün əlavə problem yaradıb. Münaqişənin irimiqyaslı formaya keçəcəyini düşünmürəm. Hesab edirəm ki, İsrail ərəb dünyasının onun üzərinə qalxması təhlükəsini nəzərə alaraq, müsəlman dövlətləri ilə İsrail arasında gərginliyin yaranmaması üçün bu məsələdə ehtiyatlı davranmağa çalışacaq”.

Proseslərdə İranın dəstəyini vurğulayan politoloq dedi ki, İran tərəfi də bunu gizlətmir, açıq şəkildə etiraf edir:

“İran başqa qrupların köməyi ilə də İsrailə qarşı təhdiq formalaşdırır. Mən müharibənin geniş yayılacağını düşünmürəm. İsrail HƏMAS-a qarşı əməliyyat keçirib əraziləri bombalaya bilər. Amma bunun daha geniş sahəyə yayılacağını düşünmürəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı