AZAL-dan Bakı-İstanbul reyslərinə - Xüsusi təklif

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətdə səyahət etmək üçün əla fürsət əldə edirlər.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. 1 noyabr 2023 - 30 mart 2024 (bayram günləri istisna olmaqla) tarixləri arasında bu biletlərlə səyahət edə bilərsiniz.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR