Türkiyənin "pələngləri" Avropa səmasında şou göstərdi - VİDEO

İtaliyada davam edən NATO-nun “Tiger Meet təlimində” Türkiyəni təmsil edən 192-ci Donanma Komandanlığının F-16-ları manevrləri ilə şou göstərib.

Metbuat.az xəbər verir ki, manevrləri ilə diqqət çəkən “pələnglər” tapşırıqları uğurla yerinə yetiriblər. Təlimdə 13 ölkədən 80 döyüş təyyarəsi iştirak edib. Uçuşların təhlükəsiz keçməsini təmin etmək üçün texniki xidmət qrupları və texniki heyət də quruda çox çalışıb. Hər uçuşdan əvvəl və sonra yüksək səviyyədə texniki xidmət göstərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR