Tanınmış futbolçu öldürüldü - FOTO

İsrailin Reim kəndində keçirilən festivala HƏMAS-ın həyata keçirdiyi hücumda keçmiş peşəkar futbolçu Lior Asulin də həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə onun keçmiş klubu “Hapoel Təl-Əviv” açıqlama verib. Bildirilib ki, HƏMAS-ın hücumlarında hədəf aldığı yerlərdən biri Qəzza sərhədi yaxınlığında keçirilən musiqi festivalı olub. Çox sayda insanın həyatını itirdiyi qanlı basqında keçmiş futbolçu Lior Asulin də həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR