Əfqanıstan və İraqla bağlı iddialar doğru çıxmadı - "Əlaqəsi yoxdur"

"İnter Mayami"nin baş məşqçisi Gerardo Martino Lionel Messinin cangüdəni barədə iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Martino Yasin Çeuko adlı cangüdənin keçmiş hərbçi olduğu barədə iddiaları təkzib edib:

"Mən sizinlə bu söhbətdən istifadə edərək bəzi şeyləri deyəcəyəm. Həqiqət budur ki, insanlar problem yaradan hekayələr uydururlar. O, heç vaxt ABŞ-da olmayıb. O, müharibədə iştirak etməyib və ABŞ ordusunun üzvü olmayıb. O, özünü tamamilə işinə həsr edən oğlandır. O, komandamızın vacib hissəsidir”.

Qeyd edək ki, Yassin Cheuko matçlar zamanı Messinin şəxsi mühafizəçisi kimi xidmət edir. Onun ABŞ ordusunda xidmət etdiyi İraq və Əfqanıstanda döyüş təcrübəsi olduğu irəli sürülürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı