Şahmatçımız Gövhər Beydullayeva dünya çempionu oldu

Azərbaycanlı şahmatçı Gövhər Beydullayeva gənclər arasında dünya çempionu olub.

Metbuat.az xəbər verir ki, İtaliyada keçirilən rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı Azərbaycanı yarışda təmsil edən Beydullayeva rapid üzrə 11 turun nəticələrinə əsasən 9 xal toplayaraq 1-ci yeri tutub.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Qeyd edək ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir. Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR