"Kitab istəyirdi, sovqat göndərən isə yoxdur, ailəsi..." - Arayikin vəkilindən AÇIQLAMA

Araikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

O bildirib ki, Araikin müdafiəsi üçün hər bir şərait yaradılıb.

“Kitab istəyirdi, təmin edilib. Araik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Arayikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəyəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Arayik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəyəm”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı