Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 30%-dən çox artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 2 170,5 min və ya illik müqayisədə 31% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 24,1% azalaraq 247,9 min ton olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR