Şəmkirdə ağır qəza: Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Kür qəsəbəsinin yaxınlığında baş verən qəzada hərəkətdə olan "Ford" markalı yük maşını ilə "Lada Priora" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR