Qəzza zolağında müvəqqəti atəşkəs elan edilməyib - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Qəzzanın cənubunda atəşkəs elan edilməsi ilə bağlı məlumatları təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, xaricilərin və humanitar yardımların keçməsi üçün Rəfah nəzarət-buraxılış məntəqəsi yaxınlığında atəşkəs elan olunması ilə bağlı mətbuatda yayılan xəbərlər doğru deyil.

09:42

Qəzza zolağının cənubunda müvəqqəti - 5 saatlıq atəşkəs elan olunub.

Metbuat.az "Əl Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etməkdir.

Həmçinin Qəzzaya humanitar yardım çatdırmağa şərait yaradılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı