HƏMAS 14 azərbaycanlını girov götürüb? - XİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə İsraildə 14 Azərbaycan vətəndaşının HƏMAS tərəfindən girov götürülməsi ilə bağlı iddialar yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bu barədə məlumat təsdiqini tapmayıb:

"Girov barədə məlumat öz təsdiqini tapmayıb. Səfirliyimiz araşdırır".

Qeyd edək ki, indiyədək HƏMAS-ın hücumları nəticəsində İsraildə 7 azərbaycanəsilli şəxs həlak olub.

Həlak olanların siyahısı:

1. Şamil Abbasov (İsrail vətəndaşı)

2. Emin Axundov (eyni zamanda Azərbaycan vətəndaşıdır)

3. İlkin Nəzərov (eyni zamanda Azərbaycan vətəndaşıdır)

4. Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)

5. Roman Gandel (İsrail vətəndaşı)

6. Eden Abdullayev (İsrail vətəndaşı)

7. Emil Samuyelov (vətəndaşlıq dəqiqləşdirilir)

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı