ABŞ-nin generalından etiraf: "Ordumuz yardımlara görə zəifdir"

"Ukraynaya silah tədarükü ABŞ-nin silah-sursat ehtiyatlarını tükəndirib".

Metbuat.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) ordusunun təqaüdçü generalı Don Bolduc “Fox News” telekanalına müsahibəsində deyib.

O Rusiya-Ukrayna, İsrail-fələstin münaqişəsinə münasibət bildirərərk qeyd edib ki, Ukraynaya silah tədarükü Vaşinqtonu digər münaqişələrdə iştirak etmək imkanından məhrum edib:

"Bu, Amerika xalqı üçün oyanış zəngidir. Bayden administrasiyası dövründə ordumuz son dərəcə zəiflədi. Məntiqi baxımdan, eyni anda birdən çox münaqişə baş verərsə, biz dəstək verə bilmərik. Bu, acınacaqlı vəziyyətdir".

Qeyd edək ki, bu yaxınlarda çıxış edən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında ABŞ-nin Ukraynaya qeyri-müəyyən müddətə hərbi yardım göstərməyəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı